XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 11:13

“Müvafiq tədbirlər həyata keçirilir” –Prezident köməkçisindən koronavirusla bağlı açıqlama

“Koronavirus bu gün dünyada ən çox müzakirə olunan mövzudur. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini diqqətlə təhlil edir, müvafiq tədbirlər həyata keçirir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O xatırladıb ki, Azərbaycan Nazirlər Kabineti bu məsələ ilə bağlı artıq bir sıra iclaslar keçirib, tədbirlər planı tərtib olunub.

“Dövlət bu istiqamətdə artıq müvafiq addımlar atır. Azərbaycan Xarici İşlər Nazirliyi ÜST-nin tövsiyələri çərçivəsində artıq koronavirusun yayıldığı ölkələrə səfərlər mövzusunda vətəndaşlara müraciət edib”, – o söyləyib.