Prezident İlham Əliyev bu gün daha iki sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncaam əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İ.Qurbanov Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinidir.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.