XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

24 Fevral 2020 - 17:50

AXP və “Ədalət”in namizədləri şikayət etdi –MSK 2 məntəqədə səslər etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad birinci seçki dairəsindən namizəd, AXP sədrinin müavini Qiyas Sadıqovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 1 seçki məntəqəsində pozuntu halları aşkar edilib”.

İclasda daha sonra həmin dairənin 1 seçki (28 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bu dairəninin lider namizədi Kamal Cəfərovdur.

****

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd, Ədalət Partiyasının funksioneri  Mütəllim Rəhimovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK Ramiz İbrahimov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu, dairə üzrə nəticələrin ləğv edilməsini qeyd edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb”.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə olan görüntülər çox ciddi şəkildə araşıdırlır.

O qeyd edib ki, MSK-da araşdırma zamanı dairə üzrə 1 seçki məntəqəsində pozuntu aşkarlanıb.

İclasda daha sonra həmin dairənin 1 seçki (21 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qeyd edək ki, bu dairəninin lider namizədi deputat Ağayeva Ülviyyədir.