XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 16:13

Prezident Hikmət Hacıyev və Fərəh Əliyevaya yeni vəzifə verdi –Sərəncam

Prezident İlham Əliyev  “YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli sərəncamında dəyişiklik edilib.

Strateq.az xəbər verir ki, bununla bağlı verilən sərəncama əsasən, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının tərkibində dəyişiklik olub.

Dəyişikliyə əsasən, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri və Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Komissiyanın üzvləri sırasına daxil edilib.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə YUNESKO-ya bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Fərəh Əliyevadır.