XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 18:38

50 saylı dairədə 9 məntəqənin nəticələri etibarsız sayıldı –MSK-dan daha bir qərar

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizəd Əfran İbrahimovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü qanun pozuntularının olduğunu iddia edib:

“Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı yalnız 9 seçki məntəqəsində qanun pozuntusu aşkar edilib”

İclasda daha sonra həmin dairənin 9 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib/Report.

Qey edək ki, bu dairədə lider namizəd Şahin Seyidzadədir.