XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 February 2020 - 18:55

İrandan Azərbaycana gələn daha 23 nəfər xəstəxanasına yerləşdirildi –Koronavirisa görə

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“İlkin müayinə zamanı 2 nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək. Onların əksəriyyəti İrana ziyarətə gedənlərdir”.

Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına məsələyə həssas yanaşmağı, süni ajiotaj yaratmaq məqsədilə sosial şəbəkələrdə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir.

Qeyd edək ki, bununla da Azərbaycanda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 31-ə çatıb. Bunlardan 6-sı 1 saylı Kliniki Tibbi Mərkəzdə, 2-si isə xüsusi ayrılmış tibb müəssisəsində həkim nəzarətindədir.