XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

25 Fevral 2020 - 20:53

Qanun pozuntularına yol verən məntəqələr açıqlandı –SİYAHI

Milli Məclisə seçkilərlə əlaqədar təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13 və 20 saylı, 101 Göygöl-Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb: “Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb”.

MSK katibi onu da qeyd edib ki, pozuntulara yol verdiklərinə görə ümumilikdə 87 məntəqə seçki komissiyası buraxılıb.

Report