XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2020 - 17:55

Türkiyə Naxçıvanla sərhədi açıb –Prezident İlham Əliyev Ərdoğanın qarşısında məsələ qaldırıb

Ötən gün Azərbaycan Prezi­­denti İlham Əliyevlə Türkiyə Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib. 

Bu barədə Dövlət Sərhəd Xidmətindən Strateq.az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb: “Bundan sonra Türkiyə Prezidenti tərəfindən Türkiyə Respublikasının “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilib. Fevral 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib”.