XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

27 Fevral 2020 - 10:42

Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı- Açıqlama

Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, məhdudiyyətin iki həftə ərzində qüvvədə olacağı nəzərdə tutulub.

Səfirlikdən həm də bildirilib ki, hazırda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilən şəxslər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələ məlumat alınmayıb.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təsdiq olunub. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir/Report.