XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2020 - 20:06

Avropanın bir sıra ölkəsində koronavirusa yoluxma sayı artıb –Statistika

Niderland, Belçika, San-Marino, Xorvatiya və Rumıniyada koronavirusa yoluxanların sayı artıb.

Niderlandda 6, Belçikada 5, San-Marinoda 2, Xorvatiyada 1, Rumıniyada isə İtaliyadan qayıtmış xəstə ilə təmasdan olan 1 nəfər koronavirusa yoluxub.

Bununla da koronavirus daşıyıcılarının sayı Niderlandda 24, Belçikada 13, San-Marinoda 10, Xorvatiyada 9, Rumıniyada isə 4 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 450 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub.

Report