XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2020 - 14:14

“Bahar qalxanı” əməliyyatı:Türkiyə daha iki şəhid verdi - 6 yaralı var

Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında İdlib bölgəsində həyata keçirdiyi “Bahar qalxanı” əməliyyatı zamanı türk əsgərlərdən ikisi həlak olub, altısı yaralanıb.

Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, hazırda bölgədə qarşı tərəfə aid müəyyən edilən hədəflər vurulur.

Bildirilib ki, əməliyyatlar başladığı gündən indiyədək Suriya tərəfinə aid 3 təyyarə, 8 helikopter, 151 tank, 24 maşın olmaqla bir çox hərbi texnika məhv edilib.