XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 March 2020 - 14:33

Yunanıstan hərbçiləri miqrantlara atəş açdı:bir suriyalı öldürüldü, 5-i yaralandı

Türkiyədən Yunanıstana keçmək istəyən suriyalı miqrantlardan daha biri öldürülüb.

Strateq.az TRT-yə istinadla xəbər verir ki, Türkiyənin Ədirnə bölgəsindən Yunanıstana keçmək istəyən miqrantlara yunan hərbçiləri atəş açıblar. Nəticədə bir köçkün öldürülüb, 5-i yaralanıb.

Xatırladaq ki, bu günə qədər 136 min miqrant Yunanıstana keçib.

Yunan hərbçiləri onların qarşısını əngəlləmək üçün zaman-zaman atəş açırlar.

Ötən gün 2 miqrant da öldürülüb.