XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2020 - 12:46

Aİ səfiri yeni sazişdən danışdı:“Azərbaycanla danışıqların yeni mərhələsini təyin etməyə çalışırıq”

“Azərbaycan və Avropa İttifaqı yeni saziş üzərində işlərini davam etdirir”.

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas növbəti “Şərq Tərəfdaşlığı” sammitinə qədər saziş mətni ilə bağlı razılaşmanın mümkün olub-olmayacağına dair sualı cavablandırarkən deyib.

“19 iyun növbəti “Şərq Tərəfdaşlığı” sammitinin keçirilmə tarixidir. O, Brüsseldə keçiriləcək. Ümid edirəm ki, sammit zamanı gələcək illərə “Şərq Tərəfdaşlığı” üçün yeni çərçivə qəbul edə biləcəyik. Çünki xatırladığınız kimi, keçən il iştirakçı ölkələrlə birlikdə bu proqramın 10 illiyini qeyd etdik. Tərəfdaş ölkələrlə birlikdə bu proqramın əməkdaşlıq çərçivəsini yeniləməyə çalışırıq”, – səfir bildirib.

K.Yankauskas qeyd edib ki, Azərbaycan və Aİ qalan məsələlər üzrə yeni saziş üzərində işləməyə davam edir: “Daha əvvəl qeyd olunduğu kimi, xeyli irəliləyiş əldə etmişik, ancaq hələ əsasən də ticarətlə bağlı olan bəzi məsələlər qalır. Bildiyim qədərilə, İqtisadiyyat Nazirliyi Brüssel ilə əlaqədədir. Tezliklə yeni görüş, danışıqların yeni mərhələsini təyin etməyə çalışırıq”.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı ölkə – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir/Report.