XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 13:24

Azərbaycanda koronavirusla mübarizə:ixtisaslaşmış mərkəzlər yaradılacaq

“Azərbaycanın regionlarında və paytaxt Bakıda koronavirusla mübarizə tədbirləri çərçivəsində ixtisaslaşmış mərkəzlər yaradılacaq”.

Bunu Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

Həmin mərkəzlərdə insanların xüsusi alqoritmlərlə yoxlanacağını bildirən mütəxəssis qeyd edib ki, xəstəlik aşkar olunduğu təqdirdə pasiyent karanatinə alınaraq müalicə olunacaq.

C.İsayev vətəndaşlara tövsiyə edib ki, kliniki əlamətlər meydana çıxan halda həm Bakı, həm də regionlarda həkimə müraciət edilməlidir/Report.