XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2020 - 14:25

PREZİDENT İKİ RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ –Sərəncamlar

Prezident İlham Əliyev Mirdaməd Sadıqovun İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncamla Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Xatırladaq ki, N.Bağırov 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd olub

Prezidentin digər sərəncamı ilə Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.  O,  “İRƏLİ” İctimai Birliyinin sədri və İctimai Televiziya və Radio Yayımları Şurasının üzvüdür.

Qeyd edək ki, Neftçalanın icra başçısı İsmayıl Vəliyev DTX-nın əməliyyatı ilə həbs edilib.