XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2020 - 17:05

“Tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil” –Təhsil Nazirliyindən xəbərdarlıq

“Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında güya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır. Belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir”.

Strateq.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sosial şəbəkədəki hesabında yazıb.

Bildirib ki, hazırda Təhsil Naziriyinin saytına girişdə müvəqqəti problem var: “Yaxın dəqiqələrdə problem aradan qaldırılacaq. Xahiş edirik, rəsmi xəbərlərə istinad edin”.

Xatırladaq ki, Nazirlər Kabinetinin dünən verdiyi sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.