XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2020 - 16:10

Avropa İttifaqı fəaliyyətini məhdudlaşdırıb –Koronavirusla bağlı

Avropa İttifaqı (Aİ) Şurası koronavirusla bağlı fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.

TASS xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

“Şuranın, hazırlıq orqanlarının, işçi qruplarının iclasları azaldılacaq. Hansı iclasların keçiriləcəyinə dair qərarlar sədr tərəfindən müntəzəm qaydada veriləcək. İclaslara gələn qruplar və əhəmiyyətsiz təlimlər dayandırılır. Həmçinin Şura üzvlərinə mümkün qədər daxili görüşlər keçirməmək, müvafiq şəxsi təmizlik qaydalarına riayət etmək tövsiyə olunur”, – açıqlamada qeyd olunur.

İtaliya hökumətinin son qərarları ilə bağlı Şura əməkdaşlarının səfər etməyəcəyi ölkələrin siyahısının yeniləndiyi də vurğulanır.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı hazırda dünyanın 101 ölkəsində koronavirusa yoluxanların 105 586 nəfər olduğunu açıqlamışdı/Report.