XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 12:05

Aksiya fəalı Aysel Ələkbərzadə özünü binadan atıb –Vəziyyəti ağırdır + Açıqlama

Bakıda “Qadına şiddətə son” şüarı ilə keçirilən aksiyanın fəallarından biri Aysel Ələkbərzadə özünü binadan atıb.

TƏBİB-dən Strateq.az-a verilən məlumata görə, hadisə paytaxtın Yeni Yasamal ərazisində baş verib.

Məlumata görə, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib: “Bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-stabildir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır”.

Qeyd edək ki, Bakıda 8 mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.

O, intihardan əvvəl sosial şəbəkədəki səhifəsində özünü atacağı ilə bağlı anons verib.