XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2020 - 20:25

Azərbaycandan bu ölkələrə uçuşlar dayandırıldı –Rəsmi açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”-nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Alma-Ata-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Strateq.az-a bildirilib ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.