XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 11:28

Azərbaycanın Türkiyədəki səfiriliyi “Qaynar xətt” xidməti yaradıb –Koronovirusla əlaqədar

Türkiyədəki Azərbaycan Səfriliyi koronovirus infeksiyasının yayılma riskilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.

Türkiyə və Azərbaycan prezidentlərinin qərarından sonra hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılması ilə əlaqədar dünən gecə saatlarında səfrilik opertaiv xidmətə başlayıb.

Səfriliyin mətbuat katibi Elvin Süleymanlı ildirib ki, yüzlrlə müraciət edənlər var. Onlar daha çox qısamüddətli səfər edənlərdir: “Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.

Səfriliyin mətbuat xidmətindən bildirlib ki, Türkiyədə yaşayan, təhsil alan və müvəqqəti səfərdə olan vətəndaşlarımızın mümkün müraciətləri +905372826740 “Qaynar xətt”indən cavablandırılır.

Qeyd edək ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər üçün çarter reyslər ayrılacaq. /APA