XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 13:01

Mübariz Mənsimov saxlanıldı –Türkiyə KİV məlumat yayıb

Tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyədə saxlanılıb. 

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılır. 

APA-nın yerli bürosuna açıqlamasında M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyərək bildirib ki, hazırda iş adamının İstanbuldakı ofisində polis axtarış aparır.

Türkiyə mətbuatının xəbərinə görə, onu Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.