XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 17:03

Operativ Qərargahdan vətəndaşlara növbəti müraciət:"Qərargahın qəbul etdiyi qərarlara riayət edin"

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah növbəti dəfə vətəndaşlara müraciət edib.

Müraciətdə vətəndaşlar diqqətli olmağa və qərargahın qəbul etdiyi qərarlara riayət etməyə çağırılıb:

“Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq”. /Report