XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 13:55

Azərbaycanda epidemiya rejimini pozanları üç ilədək həbs cəzası gözləyir –Dəyişiklik

Azərbaycanda epidemiya əleyhinə rejimi pozanların cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi qəbul edilib.

Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsinə yeni 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi əlavə edilib.

Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır/Report.