Polşanın ətraf mühit naziri Mixail Vos koronavirusa yoluxduğunu açıqlayandan sonra 15 nazir karantinə göndərilib.
“Interfax” xəbər verir ki, hökumətin sonuncu iclası martın 10-da keçirilib, 24 nazirdən koronavirusa yoluxanı da daxil olmaqla 15-i iştirak edib.
Baş nazir Mateuş Moravetski sonuncu iclasda olmayıb. Beləliklə, o, karantindən yayına bilib.
Qeyd edək ki, Polşada indiyədək koronavirusa 205 nəfər yoluxub. 5 nəfər infeksiyanın qurbanı olub/Report.