XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 12:10

Abşeron dairəvi dəmir yolunda yenidənqurma işləri başa çatdı –Prezident açılışda iştirak edib + VİDEO/FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Bütövlükdə Bakı şəhərinin avtobus parkının müasirləşdirilməsi istiqamətində böyük işlər görülüb, ən müasir avtobuslar alınır”.

Bunu martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu il 300 yeni avtobusun gətirilməsi nəzərdə tutulur:

“Keçən il də 300 avtobus gətirilmişdir. Əlbəttə ki, bütün şəhərimizin və Abşeron yarımadasının nəqliyyat problemləri koordinasiyalı şəkildə həll olunur. Metro, dəmir yolu, avtobuslar, taksilər və bu gün bu baxımdan Azərbaycan qabaqcıl ölkələr sırasındadır”.