XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2020 - 22:03

Tramp koronavirusun müalicəsində istifadə olunacaq dərmanların adını açıqladı:"Bunlar gedən böyük oyunun gedişatını dəyişdirəcək"

ABŞ Prezidenti Donald Tramp koronavirusun müalicəsində istifadə olunacaq effektiv dərmanların adını açıqlayıb.

Bu barədə Donald Tramp “Twitter” səhifəsində qeyd edib.

“Hidroxlorin və Azitromisin birlikdə tibb tarixinin ən böyük oyununun gedişatını dəyişdirə bilmək üçün real şansa sahibdirlər. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası ən böyük nailiyyətə çatıb. Bunun üçün onlara təşəkkür edirəm! Ümid edirəm ki, bu dərmanların hər ikisi dərhal istifadə olunmağa başlanacaq. İnsanlar ölürlər, cəld hərəkət etmək lazımdır. Tanrı hər kəsi qorusun!”, – deyə Donald Tramp qeyd edib/APA.