“Azərbaycanda hələlik fövqəladə rejimin elan olunmasına ehtiyac duyulmur”.
Strateq.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, fövqəladə vəziyyətin elan edilməsi də istisna da edilmir: “Əgər ölkədə vəziyyət əhalinin təhlükəsizliyinə yönələn şəkildə davam edərsə, fövqəladə vəziyyət elan edilə bilər”.
Hökumətin sözçüsü onu da deyib ki, infeksiyaya qarşı mübarizədə zəruri olan ləvazimatların ölkədə istehsalı məsələsi gündəlikdədir: “Düzdür, bu, müəyyən vaxt tələb edən məsələdir. Ancaq lazımi addımlar atılmaqdadır”.