XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 17:23

Daxili İşlər Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat köçürdü –Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 000 000 manat vəsait köçürüb.

DİN Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, nazirliyin rəhbər vəzifəli əməkdaşlarının aylıq təminat xərcliyinin 50 faizini, şəxsi heyət üçün nəzərdə tutulmuş mükafat və yardım hesabında toplanan vəsaitin bir hissəsini təşkil edən bu məbləğ Azərbaycan Respublikası Prezidentinin müvafiq təşəbbüsünə dəstək olaraq ölkədə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə ianə edilib.