XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

24 Mart 2020 - 22:30

Nazirlər Kabineti:"Daxildə koronavirusa yoluxmanın başlaması artıq siqnaldır"

“Daxildə koronavirusa yoluxmanın başlaması artıq özü bir siqnaldır”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

“Ona görə də insanlar daha çox ciddi yanaşmalıdırlar və özünütəcridə meyillənməlidirlər. Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi xüsusi karantin rejimi haqqında qərarı da elə bu hadisənin təsiri altındadır. 

Dünyada, bizim qonşu ölkələrdə, təmaslarda olduğumuz ölkələrdə ölənlərin və yoluxanların sayının artması və həm də daxildə yoluxmaların başlaması – bütün bunlar daha çox ehtiyatlanmağa məcbur edir ki, xüsusi karantin rejimi tətbiq olunsun”, deyə İ.Məmmədov bildirib/Report.