XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 March 2020 - 22:58

“Düzdür, əşyalar üzərində virusun bəlli yaşama müddəti var, ancaq…” –TƏBİB-in şöbə müdirindən əhaliyə müraciət

“Koronavirus pandemiyasının (COVID-19) mənbəyi xəstə insandır. Əgər xəstə insanla, yaxud onun istifadə etdiyi əşyadan istifadə etmək, ya da bir ortamda olmasaq, xəstəliyə yoluxmaq riskini ciddi şəkildə azaldırıq”.

Bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.

O, bir daha xatırladıb ki, düzdür, əşyalar üzərində virusun bəlli yaşama müddəti var: “Amma əsas problem və risk xəstə insanla yaxın təmasda olmaqdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Hər vətəndaşın qarşısına polis qoya bilmərik. Bu, heç fiziki cəhətdən də mümkün deyil. Ona görə də, insanlar sosial məsuliyyət məsələsinə ciddi önəm verməlidir”.

Report