XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 12:39

İlyas İsmayılov: “Dialoqun əksi qarşıdurmadır”

“Fəaliyyətimizi izləyənlər bilir ki, mən həmişə iqtidar-müxalifət dialoqunun tərəfdarı olmuşam. çünki dilaloqun əksi ziddiyyət, qarşıdurma deməkdir. ölkəyə isə qarşıdurma yox, problemlərin soyuq başla deyilməsi və ağıllı yollarla həlli edilməsi gərəkdir”. Bu fikirləri Ədalət Partiyasının sədri, Milli Məclisinin deputatı İlyas İsmayılov bu gün BMM-də keçirilən iqtidar-müxalifət dialoquyla bağlı təəssüratlarını Strateq.az-a bölüşərkən deyib. İlyas İsmayılovun sözlərinə görə, görüşdə iqtidar tərəfindən olan heyətə Prezident köməkçisi Əli Həsənovun başçılıq etməsi iqtidar-müxalifət dialoqunda ölkə rəhbərliyinin də marağının olması anlamına gəlməlidir: “Vaxtilə böyük mütəfəkkir Sokrat deyirdi ki, dialoq mərifətin inkişaf yoludur. İndi mən çox şadam ki, bizim hakimiyyət də bu yolu tutub. Əgər ölkənin uğurunu istəyiriksə, bu yoldan kənara çıxmamalıyıq”.

İlyas İsmayılov deyib ki, budəfəki dialoqda I Avropa Oyunları məsələsi müzakirəyə çıxarılıb: “Azərbaycan çox mühüm bir beynəlxalq tədbirin keçirilməsinə ev sahibliyi edəcək. Xaricdən xeyli qonaqlar gələcək. Gələn hər bir adam həm də informasiya daşıyıcısıdır və ölkəmiz haqda hansı təəssüratla geri qayıtması çox vacibdir. Xüsusən ermənilərlə indiki informasiya müharibəsi zamanında belə bir tədbirin yaxşı təşkilində və keçirilməsində biz hamımız maraqlı olmalıyıq. Bugünkü görüşdə də bu mövzuda fikirlər dinlənildi”.

AXCP ilə Müsavatın dialoqa qatılmamasını həmin partiyaların “öz daxili işləri və siyasi taktikaları” sayan Ədalət Partiyasının sədri dəvət ediləcəyi təqdirdə, özünün bundan sonrakı görüşlərə yenə qatılacağını bildirib: “Qatılmamaqla nə əldə edirik ki? Bir halda ki, bizə tribuna verilir və bizi narahat edən problemlərlə bağlı fikirlərimizi daha konkret ünvanlara çatdırmaq imkanı var, bundan yararlanmalıyıq. Siyasətçinin məharəti də bunda üzə çıxır”.

İlyas İsmayılov növbəti görüşlərdə müxalifətin qaldırdığı bir sıra məsələlərin müzakirə masasına yatırılacağını bildirib: “Görüşdə belə fikirlər səsələndi ki, təkliflər verilsin, növbəti dəfə Dağlıq Qarabağla, seçkiylə bağlı məsələlər də müzakirə oluna bilər”.

Strateq.az