XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 12:35

Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması 9 ay təxirə salınıb –Qanuna dəyişiklik edilib

Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilən “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə, 2020-ci il aprelin 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaqdı. Dəyişikliyə əsasən, bu müddət 2021-ci il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə icbari sığorta haqqı 0,02 manat həcmində müəyyən edilib. (apa)