XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 21:30

Bu ölkələrdə koronavirusun yayılmadığı iddia olunur –SİYAHI

Bütün dünyada koronavirusun sürətlə yayılması, virus qurbanlarının sayının həndəsi silsilə ilə artmasına baxmayaraq, hələ də bir neçə ölkədə koronavirus rəsmi olaraq qeydə alınmayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın 9 ölkəsində hələ də koronavirus aşkarlanmayıb.

Ölkələrdən 5-i Afrikada, 4-ü isə Asiyada yerləşir. Həmin ölkələr bunlardır: Türkmənistan, Tacikistan, Şimali Koreya, Yəmən, Cənubi Sudan, Malavi, Lesoto, Komor adaları və San-Tome və Prinsipi.

Qeyd edək ki, bütün bu ölkələr ya bərbad səhiyyə sistemi, ya da qapalı ölkə olmaları ilə diqqət çəkirlər.