XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2016 - 11:31

Mədət Quliyevin müavininin kimliyi bilindi –Köhnə çekist yüksək vəzifəyə gətirildi

medet-11

 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

APA-nın yaydığı məlumata görə, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.

İ. Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.

DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.

Ə. Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.

DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.

DTX-dan yeni təyinatların olduğu barədə məlumatı təsdiqləyiblər.