XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 19:38

Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi –Operativ Qərargah məlumat yaydı

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib: “Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”.