XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 15:55

ÜST-dən fransız alimlərə etiraz:“XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir”

“XXI əsrdə elm adamlarının bu cür açıqlamalar verməsi dəhşətdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus fransalı alimlərin koronavirus vaksininin Afrikadakı insanlar üzərində sınaqdan keçirilməsi fikirlərinı münasibət bildirərəkən deyib.

“Açığı, bu, məni dəhşətə gətirdi. Bu gün irqçi çıxışlardansa, həmrəylik nümayiş etdirmək lazımdır. Afrika heç bir vaksin üçün təcrübə yeri olmamaldır, olmayacaq da. Afrika, Avropa, dünyanın harası olursa-olsun, protokollar hər yerdə eyni şəkildə tətbiq ediləcək. Müstəmləkəçik dövründən qalma mentalitetə son qoyulmalıdır. Bu utanvericidir”, – o, vurğulayıb.

Qeyd edək ki, aprelin 3-də Fransadan olan həkimlər Jan Pol Mir və Kamilla Loxt koronavirus vaksinini Afrikada sınaqdan keçirməyi təklif etmişdilər/Report.