XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 16:33

Lukaşenko:“Heç bir fəlakət yoxdur, cəmi 794 nəfər virusa görə xəstəxanaya yerləşdirilib”

Belarusda 794 nəfər yeni növ koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilib.

 “Sputnik Belarus” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Hazırda bizdə cəmi 794 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 31 nəfəri süni ağciyər ventilyasiya aparatlarına qoşulub. Burada heç bir fəlakət yoxdur”, – deyə A. Lukaşenko vurğulayıb/APA.