XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 16:23

Çin Azərbaycana tibbi yardım göndərdi –Açıqlama + FOTO

Çin Xalq Respublikasının Cek Ma Fondu və Alibaba Fondu COVID–19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycana tibbi humanitar yardım göndərib.

TƏBİB-dən Strateq.az-a verilən məlumata görə, humanitar yardıma tibbi maska, test dəsti, xüsusi qoruyucu geyim, süni tənəffüs aparatı və məsafədən yoxlayan termometrlər daxildir:

“Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq, bu çətin günlərdə həmrəylik nümayiş etdirir. ÇXR-in bu yaxınlarda Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsi bu dostluğun bariz nümunəsidir. Azərbaycan da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirib, ona kömək məqsədilə maddi və mənəvi dəstəyini əsirgəməyib”.