XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 18:02

İşsiz şəxslərin qeydiyyata alınmaları üçün rayonlar üzrə qrafik tutulub –Siyahı + Tarix

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini açıqlayıb.

Strateq.az ƏƏSMN-ə istinadla xəbər verir ki, işsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin qrafikdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər: http://sosial.gov.az/post/3320

Bildirilib ki, aprelin 12-dən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.