XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

07 Aprel 2020 - 19:18

Nazir:"Karantin müddəti uzansa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransı davam edir.

Nazir bildirib ki, karantin müddəti uzandığı halda birdəfəlik ödəmə (190 manat) növbəti aylarda da veriləcək.

Onun sözlərinə görə, hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək.

S.Babayev qeyd edib ki, əgər ailədə 2 nəfər varsa və onlar işləmirsə, onlardan biri işsizliyə görə qeydiyyatdan keçə bilər: “Onlardan birinə birdəfəlik ödəniş olunacaq. Bütün ödənişlər nağdsız şəkildə həyata keçiriləcək”/Report.