XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2020 - 17:30

Qərargah:"Hazırda Azərbaycanda 750 nəfər koronavirus xəstəsi var"

“Hazırda Azərbaycanda 750 nəfər koronavirus xəstəsi var”.

Strateq.az xəbər verir ki,  bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: “Onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib. Hazırda 750 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.