XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 20:11

“Azərbaycanda koronavirusa yoluxanlar arasında 2-90 yaşlı insanlar da var” –84 yaşlı xəstə isə sağalıb

“Azərbaycanda koronavirusdan baş verən ölüm hallarının hamısı yanaşı, gedən ağır xəstəliklər səbəbindən olub”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pasiyentlər arasında 2-90 yaşlı insanlar da var: “Hətta 84 yaşında sağalan xəstəmiz də olub”.

TƏBİB sədri vurğulayıb ki, xəstəlik zamanı orqanizmin verdiyi cavabdan çox şey asılıdır/Report.