XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 18:13

Dünyanın ən böyük iki dərman şirkəti COVID-19-a qarşı vaksin hazırlayır –Açıqlama

Dünyanın ən böyük dərman şirkəti və peyvənd istehsalçılarından ikisi – Sanofi Pasteur və GlaxoSmithKline (GSK)- COVID-19-a qarşı peyvəndin tapılmasını sürətləndirmək üçün qüvvələrini birləşdirib.

“Associated Press”in verdiyi xəbərə görə, əczaçılıq sahəsində lider olan şirkətlər eksperimental peyvəndin “Sanofi”nin istehsal etdiyi qrip peyvəndi üzərində qurulacağını və peyvəndin təsirini artırmağa kömək edən GSK-nın istehsal etdiyi müvafiq gücləndirici elementin əlavə olunacağını bildiriblər.

GSK-nın baş direktoru Emma Walmsley deyib ki, iki şirkətin elmi təcrübəsi və texnologiyasını birləşdirməsi təsirli COVID-19 peyvəndi hazırlanmasını daha da sürətləndirəcək.

Peyvəndin bu ilin ikinci yarısında ilkin klinik sınaqlara başlanacağı bildirilir/APA.