XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 18:42

Azərbaycanda 9 yaşadək 66 uşaq koronavirusa yoluxub –TƏBİB yaşla bağlı statistikanı açıqladı

Azərbaycanda bu günə qədər koronavirusa yoluxanlar arasında 66 uşaq da var.

Strateq.az xəbər verir ki, bu barədə statistik məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı açıqlayıb.

O bildirib ki, ölkədə yoluxanlardan 640 nəfəri kişi, 557 nəfəri isə qadınlardır: “Yaş qruplarına gəlincə, 0-9 yaş arasında 66 nəfər, 10-19 yaşarası 60, 20-29 yaşarası 175, 30-39 yaşarası 214, 40-49 yaşarası 198, 50-59 yaşarası 248, 60-69 yaşarası 157, 70-79 yaşarası 56, 80 və yuxarı yaş qrupunda isə 23 nəfərdə yoluxma qeydə alınıb”.