XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 01:15

Küveytin neft naziri:“Hasilatı azaldarıq, amma gərək, İran da bizə qoşula”

 

Kuveyt petrol üretimini durdurmayabilir

 

“Dünyanın böyük neft istehsalçıları tərəfindən hasilatın aşağı salınması qəbul edilmədikcə, Küveyt hər hansı bir qərara bağlı qalmayacaq”.

Strateq.az xəbər verir ki, Küveytin Baş nazirinin müavini və neft naziri Ənəs əs-Saleh "Küveyt İnvestisiya Forumu"nun ardından təşkil etdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, İranın da aralarında olduğu böyük neft istehsalçıları hamılıqla razılaşmanı qəbul etməlidir: “Əks təqdirdə, istehsal etdiyimiz nefti satmaq üçün maksimum səy göstərəcəyik”.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər bu ilin 16 fevralında neft istehsalını yanvar ayı səviyyəsində dondurmağa qərar vermiş, amma digər böyük istehsalçıların da bu kampaniyaya qoşulmasını şərt qoymuşdular. Küveytin neft nazirinin açıqlaması da həmin razılıqla bağlı ölkəsinin rəsmi mövqeyini ifadə edir.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sonra gəlirləri xeyli azalan əksər hasilatçılar çarəni “qara qızıl”ın istehsalını azaltmaqda görürlər. Plana əsasən, bazarda tələb təklifi üstələyərsə, bu, qiymətlərə də müsbət təsir göstərər.

 Amma hər kəs eyni düşündüyü halda, heç bir hasilatçı təkbaşına bu addımı ata bilmir. Hamı hasilatı azaldacaqları təqdirdə, bazarı rəqiblərinin xeyrinə itirəcəklərindən əndişələnirlər.  Xüsusilə, onları üzərindən beynəlxalq sanksiyalar ləğv edilmiş İran faktoru narahat edir. Nədən ki, uzun illər sanksiyalardan əziyyət çəkən bu dövlətin özünü toparlamaq üçün ciddi kapitala və yeni bazarlar qazanmağa ehtiyacı var.  Hər kəs çəkinir ki, Tehran fürsətdən yararlanıb rəqiblərinin alıcılarını da ələ keçirsin.

Prinsipcə, əndişələr haqsız deyil və onun tarixi əsasları var. Dəfələrlə İsraillə müharibə edən ərəb ölkələri bir dəfə neftdən silah kimi istifadə niyyətilə hasilatı azaltmışdı. Məqsəd, qlobal sənayeni çətin vəziyyətdə qoyub, böyük gücləri problemin həllinə cəlb etmək idi.  

Lakin ərəblərin bu addımı sonradan öz əleyhlərinə işlədi. Özəlliklə də Səudiyyə Ərəbistanının bəzi böyük alıcıları İran və digər hasilatçılarla əməkdaşlıq etdilər. Rəsmi Riyad isə öz əvvəlki bazarını çox çətinliklə bərpa edə bildi.

Görünür, “ilan vuran ala çatıdan qorxan” kimi, İranın əzəli düşmənləri sayılan körfəz ölkələri bir daha eyni sürprizlə qarşılaşmaq istəmir. Küveytin Neft nazirinin açıqlamasında İranın adının xüsusi hallandırılması da bu ehtimalı təsdiqləyir.

Heydər Oğuz

Strateq.az