XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 17:50

Azərbaycanda daha 39 nəfər koronavirusa yoluxub, 79 nəfər sağalıb –Qərargah son məlumatı açıqladı

Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 79 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 791 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmiş, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir: “Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”.