XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 15:03

Azərbaycanda polislər koronavirusa yoluxub –DİN açıqlama yaydı

Daxili İşlər Nazirliyi (DİN) ölkədə xidmət aparan polis əməkdaşlarının koronavirusa yoluxduğunu açıqlayıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, polislərin koronavirusa yoluxma faktı təkcə paytaxt ərazisində qeydə alınmayıb:

“Bildiyiniz kimi, polis əməkdaşları respublika ərazisində gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olur, vətəndaşlara maarifləndirici tədbirlər həyata keçirilər, onlara məlumatlar verirlər. Həmçinin polis əməkdaşları vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında da xidmətlər göstərirlər. Polislər koronavirusla mübarizədə ön cəbhədədirlər. Buna görə də onlar arasında koronavirusa yoluxma faktı qeydə alınıb”.

E.Zahidovun deyib ki, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti sabitdir: “Onların dəqiq sayını açıqlaya bilmərəm. Hazırda polis əməkdaşları müalicə alırlar. Hətta xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları arasında xəsarət alanlar da var. Bu, bir daha onu göstərir ki, polis əməkdaşları özlərinin səhhətlərini təhlükəyə qoyaraq, vətəndaşlarımızın sağlamlığının keşiyindədirlər”.

Xidmət rəisinin sözlərinə görə, polis əməkdaşları ilə birgə xidmət aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçuları arasında yoluxma faktı qeydə alınmayıb.