XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 17:40

Azərbaycanda daha 44 nəfər koronavirusa yoluxub, 74 nəfər sağalıb –Bir nəfər isə vəfat edib

Azərbaycan Respublikasında 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 74 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Strateq.aza verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet, hipotireoz və xronik böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş vəfat edib:

“Hazırkı dövrədək ölkəmizdə 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 865 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102.764 test aparılmışdır”.