XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 20:16

Bakının hansı rayonunda daha çox virusa yoluxanlar var? –SİYAHI

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Bakı, Sumqayıt və Abşeron rayonu üzrə koronavirusa yoluxma statistikasını elan edib.

Strateq.az xəbər verir ki, o, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində məlumat verib.

TƏBİB sədri bildirib ki, Bakıda virusa yoluxanlar arasında ən yüksək göstərici Yasamal rayonundadır, yəni 22,65% təşkil edir: “Bundan başqa, Sabunçu rayonunda 12,2%, Binəqədidə 11,27%, Nəsimidə 11,15%, Nərimanov 6,27%, Xətai 5,81%, Abşeron 5,69%, Nizami və Suraxanı 5,11%, Xəzər 4,53%, Sumqayıt 3,72%, Qaradağ 3,02%, Səbail 2,26%, Pirallahıda 0,93% koronavirusa yoluxma qeydə alınıb”.