XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

26 Aprel 2020 - 15:26

“Azərbaycanda daha 28 nəfər koronavirusa yoluxub” –Operativ Qərargah məlumat yaydı

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Operativ Qərargahdan  verilən məlumata görə, Azərbaycan Respublikasında 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 1645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 485 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. /APA